Makron Fransada həmkarlar ittifaqlarından kənar aksiyaları qadağan edir



Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də talan və zorakılıq hadisələrinin yaşandığı Sarı jiletlilər etirazlarından sonra təhlükəsizlik tədbirlərinin sərtləşdirildiyi ölkədə həmkarlar ittifaqlarının tələbi ilə təşkil olunmayan aksiyaların demək olar ki, hər yerdə qadağan ediləcəyini bildirib.

AFN.az xəbər verir ki, Makron bu barədə Yelisey sarayında Təhlükəsizlik Şurasının iclasından əvvəl mətbuata açıqlamasında danışıb.

Makron qarşıdakı günlərdə və həftələrdə həmkarlar ittifaqları tərəfindən tələb edilməyən aksiyaların qadağan olunacağını bildirib.

Qanuni hesab etdiyi təşkilatların keçirmədiyi aksiyalara münasibət bildirən Makron belə tədbirlərin mümkün olan hər yerdə qarşısının alınacağını deyib.

Digər tərəfdən, həmkarlar ittifaqları tərəfindən təşkil edilən nümayişlərin marşrut baxımından nəzərdən keçiriləcəyini bildirən Makron qarşıdakı günlərdə aksiyaların keçirilməməsinin ümumi gözlənti olduğunu qeyd edib. O əlavə edib ki, nümayiş keçirmək istəyən həmkarlar ittifaqlarına prefekturalar alternativ marşrutlar təklif edəcək.

Makron bu tədbirlərin iş yerlərini qorumaq məqsədilə görüldüyünü vurğulayıb.

Fransada baş verən hadisələr

Tələbələrin də dəstəklədiyi Sarı jiletlilər yaşayış xərclərinin artmasına və yanacağın bahalaşmasına etiraz olaraq oktyabrın 17-də ölkə üzrə nümayişlər keçiriblər.

Nümayişlər zamanı təxminən 2 500 nəfər saxlanılıb, 1 000-dən çox polis əməkdaşı, jandarm və yanğınsöndürən yaralanıb.

Zorakılıq hadisələrinin yaşandığı aksiyalar zamanı təxminən 3 000 iş yeri zərər görüb və ya talan edilib.

Aksiyalar zamanı iş yerlərinə ziyan dəymiş şəxslər böhranı idarə edə bilmədiyi üçün hökumətə etirazlarını bildiriblər.

Hökumət mümkün aksiyaların qarşısını almaq məqsədilə Paris, Lill, Lion, Nitsa və Marsel başda olmaqla, bəzi bölgələrdə qismən komendant saatı tətbiq etmək qərarı verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu