BMT baş katibliyinə namizəd münaqişələrin qarşısını “sakit diplomatiya” ilə almaq istəyir


BMT baş katibliyinə namizəd, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Lana Zəki Nuseyba seçiləcəyi təqdirdə münaqişələrin qarşısını almaq üçün “sakit diplomatiya”ya üstünlük verəcəyini bildirib.

AFN.az xəbər verir ki, Nuseyba bu fikirləri namizədliyinin irəli sürülməsi ilə bağlı bəyanatında səsləndirib.

Onun sözlərinə görə, davamlı sülh adətən birdəfəlik səylərlə deyil, kiçik razılaşmalarla əldə olunur. Bu razılaşmalara yerli atəşkəs, əsir mübadiləsi, ərzaq və dərmanların çatdırılması üçün dəhlizlərin yaradılması daxildir.

Nuseyba münaqişələrin qarşısının alınmasını ən vacib və daha az xərc tələb edən addımlardan biri hesab etdiyini bildirib. O, BMT baş katibi seçiləcəyi təqdirdə gərginliyin artmasına imkan verməmək üçün qeyri-ictimai diplomatik təmaslardan istifadə edəcəyini vurğulayıb.

Namizəd qeyd edib ki, münaqişələr yarandıqda BMT tərəflər arasında ilkin razılaşmaların əldə olunmasına üstünlük verməli, nəticəni təsadüfə buraxmamalıdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu