Pakistanda avtobus qəzası: 10 nəfər ölüb, 32 nəfər yaralanıb
Pakistanın Pəncab əyalətinin Racanpur bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, Geo News telekanalının məlumatına görə, Racanpur bölgəsində Hind çayı magistralında ayırıcı səddə çırpılan sərnişin avtobusu aşıb.
Qəza nəticəsində 10 nəfər ölüb, yaralanan 32 nəfər tibb müəssisələrinə çatdırılıb.
Pəncab əyalətinin baş naziri Meryəm Nəvaz açıqlamasında insan tələfatından kədərləndiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib.
Nəvaz qəza ilə bağlı məsul şəxslər barəsində dərhal tədbir görülməsi üçün rəsmilərə göstəriş verib.
Qəzadan sonra Racanpur Rayon Mərkəzi Xəstəxanasında və ətrafdakı digər xəstəxanalarda fövqəladə vəziyyət elan edilib.
