İran Yəmən böhranının həlli üçün vasitəçi olmağa hazırdır


İran Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilərin “Ənsar Allah” hərəkatı arasında münaqişənin həlli üçün vasitəçilik etməyə hazırdır, lakin tərəflərdən heç biri Tehranın təşəbbüsünə indiyədək cavab verməyib.

AFN.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun sözlərini İraqın "Al-Iraqiya News" telekanalı yayıb.

Əraqçi bildirib ki, İran Qırmızı dənizdə baş verən hadisələrin birbaşa iştirakçısı deyil və bölgədəki vəziyyət xüsusi şərait və konkret səbəblərlə bağlıdır.

Nazir husilərin də İranın təklifinə münasibət bildirməməsini hərəkatın qərarlarını Tehrandan asılı olmayaraq müstəqil şəkildə qəbul etməsinin göstəricisi kimi qiymətləndirib.

Əraqçi hesab edir ki, Yəmən böhranının həlli üçün tərəflər arasında fikir ayrılıqlarının kökündə dayanan səbəblər aradan qaldırılmalıdır. Onun fikrincə, yalnız hərbi və siyasi təzyiqə güvənmək münaqişənin həlli üçün kifayət deyil.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu