İraq İranla sərhəd keçidlərini bağlamaq qərarı verib


İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini növbəti bildirişədək bağlayıb. Qərarın Tehranın İraq ərazisindən Səudiyyə Ərəbistanına sentyabrda həyata keçirilən hücumlarda iştirakına dair Bağdadın əldə etdiyi iddialarla bağlı olduğu bildirilir.

AFN.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, sərhəd keçidlərinin bağlanması barədə göstərişi İraqın baş naziri Əli əz-Zeydi şəxsən verib.

İraq hakimiyyəti İranın təkcə Səudiyyə Ərəbistanının “Şərq–Qərb” neft kəmərinə hücumda iştirak etdiyini deyil, həm də sərhədyanı ərazilərə pilotsuz uçuş aparatlarının yığılması üçün komponentlər gətirdiyini ehtimal edir. İddialara görə, həmin dronlardan sonradan Səudiyyə Ərəbistanına hücumlarda istifadə olunub.

İraq və İranın rəsmi qurumları məlumatla bağlı hələlik açıqlama verməyiblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu