İraqda “Hizbullah” və “Ansar Əl-Lah”ın aktivləri donduruldu


İraq hakimiyyəti Livanın "Hizbullah"ını və Yəmənin “Ansar Əl-Lah”ını aktivləri dondurulacaq qurumlar siyahısına daxil edib.

AFN.az xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb.

Bildirilir ki, müvafiq qərar 17 noyabr tarixində dərc olunub. Qərara əsasən, bütün İraq bankları, maliyyə institutları və müvafiq dövlət qurumları siyahıya daxil edilmiş şəxslərə və təşkilatlara aid hərəkətli və hərəkətsiz əmlakı dondurmalı, həmçinin onlarla birbaşa və ya dolayı maliyyə və bank əməliyyatlarını qadağan etməlidirlər.

İraq hökumətinin rəsmi nümayəndəsi bildirib ki, bu tədbir Bağdadın qanunvericilik bazasını Pul Yuyulmasına qarşı Maliyyə Tədbirləri üzrə Qrupun (FATF) tələblərinə və İraqın beynəlxalq terrorla mübarizə öhdəliklərinə uyğunlaşdırmaq səylərinin bir hissəsidir.

2003-cü ildən İraq hakimiyyəti, “Hizbullah”, Fələstin Hərəkatı HƏMAS və onun Qəzza zolağındakı tərəfdaşları, həmçinin “İraq İslami Müqavimət” və “Ansar Əl-Lah” kimi radikal şiə qruplarının daxil olduğu müqavimət oxu fəaliyyətlərindən uzaq durmağa çalışıb. Lakin portala görə, İraqdakı şiə təşkilatları hələ də husilər və “Hizbullah”la əlaqələrini saxlayır, onlara siyasi və maddi-texniki dəstək göstəriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu