Tramp Nvidia-nın keçmiş rəhbərinə dəstək verib
ABŞ Prezidenti Donald Trampın casusluq qalmaqalında adı hallanan ABŞ-ın çip istehsalçısı Nvidia şirkətinin keçmiş baş icraçı direktoru Censen Huangla telefon danışığı apardığı və ona işini qorumaq üçün mübarizəni davam etdirməsini söylədiyi iddia olunur.
AFN.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Tramp noyabrın 10-da Çin adından kəşfiyyat məlumatları topladığı iddia edilən qadınla münasibətdə olduğu üzə çıxan Huangla telefonla danışıb.
Mənbələr bildiriblər ki, Tramp söhbət zamanı Huanga işini qorumaq üçün mübarizəni davam etdirməsini deyib.
