Si Cinpinlə Tramp telefonla danışıblar
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı həyata keçirib.
AFN.az xəbər verir ki, bu haqda "Xinhua" agentliyi məlumat yayıb.
Danışıqlar zamanı Si Cinpin bildirib ki, Çin-ABŞ münasibətləri ümumilikdə sabit qalır. Çin lideri qeyd edib ki, iki ölkə arasında əlaqələr 30 oktyabrda Pusandakı görüşdən sonra yaxşılaşıb.
