Ukrayna nümayəndə heyəti Əbu-Dabidəki danışıqlar üçün BƏƏ-yə yola düşüb


Ukrayna nümayəndə heyəti noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqlarda iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna xarici kəşfiyyat xidmətinin, eyni zamanda nümayəndə heyətinin rəhbəri Rustem Umerov məlumat verib.

O, Telegram kanalında Ukrayna nümayəndə heyətinin Əbu-Dabiyə yola düşdüyünü bildirib.

Umerov BƏƏ-də Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın nümayəndələrinin, eləcə də NATO və Avropa Komissiyası təmsilçilərinin olacağını təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna tərəfi həmin nümayəndələrlə danışıqlar prosesində növbəti addımların razılaşdırılması məqsədilə məsləhətləşmələr aparacaq. Kiyev diplomatik prosesdə Avropanın da iştirakını təmin etmək niyyətindədir.

Məlumata görə, Ukrayna nümayəndə heyətinə Umerovla yanaşı, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya və Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski daxildir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu