Türkiyə və Ukrayna rəsmiləri hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər


Rusiya ilə müzakirələr üçün İstanbulda səfərdə olan Ukrayna nümayəndə heyəti bu gün Türkiyə rəsmiləri ilə görüşəcək.


“Report” “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya deyib.

O bildirib ki, tərəflər hərbi-texniki əməkdaşlığı gücləndirmək üçün fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Ukraynaya PUA satması Rusiyanın narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib. Türkiyəyə səfər edən Ukrayna nümayəndə heyətinə müdafiə naziri Oleksiy Reznikov, Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak, Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko, Ali Radanın deputatları Andriy Kostin, Rüstəm Umerov, xarici işlər nazirinin müavini Mikola Toçitski, xarici işlər nazirinin sabiq müavini Oleksandr Çalı daxildir. Heyətə isə xalq deputatı və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya başçılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu