Vilayət Eyvazov noyabrın 13-də Gəncədə vətəndaşları qəbul edəcək



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanlarında, o cümlədən Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək. 

AFN.az xəbər verir ki, bu barədə məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin E-Polis mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də saat 08:00-da DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu