Ərəb partiyaları koalisiyası İsrail parlamentində 18 yer qazandığını açıqlayıb
İsraildə ərəb partiyalarının “Birləşmiş siyahı” koalisiyasının lideri Mansur Abbas ümumi seçkilərin nəticələrinə əsasən parlamentdə 18 yer qazandıqlarını açıqlayıb.
AFN.az xəbər verir ki, Mansur Abbas bu barədə “Al Mayadeen” telekanalına açıqlamasında bildirib.
“Söz veririk ki, bu misli görünməmiş uğuru yeni reallığa çevirəcək və növbəti siyasi mərhələdə təsirli rol oynayacağıq”, – deyə siyasətçi qeyd edib.
Abbasın sözlərinə görə, İsrailin ərəb bölgələrində seçici fəallığı 80 faizə çatıb. O, ərəb seçicilərin digər seçicilərlə müqayisədə daha fəal iştirak etdiklərini vurğulayıb.
İsrailin 12-ci telekanalı ölkə üzrə seçici fəallığının 77,7 faiz təşkil etdiyini bildirib. Bu, 1999-cu ildən bəri İsraildə keçirilən seçkilərdə qeydə alınan ən yüksək göstəricidir.


