Melaniya Tramp Oleşkidə regional atəşkəsin başladığını açıqlayıb



ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ukraynanın Xerson vilayətində yerləşən Oleşki şəhərində humanitar yardımın çatdırılması üçün regional atəşkəsin başladığını açıqlayıb. 

AFN.az xəbər verir ki, Melaniya Tramp sosial media hesabında paylaşım edərək Rusiya ilə Ukrayna arasında yerli atəşkəsin qüvvəyə mindiyini bildirib.

Tramp paylaşımında atəşkəsin başladığını və Rusiya ilə Ukrayna arasındakı razılaşmanın oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-da qüvvəyə mindiyini qeyd edib.

Melaniya Tramp regional atəşkəsin əsas məqsədinin humanitar yardım karvanlarının təhlükəsiz şəkildə keçidini təmin etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, atəşkəs Xerson vilayətinin Oleşki şəhərini əhatə edir.

Melaniya Tramp regional atəşkəslə bağlı təfərrüatların Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov tərəfindən də təsdiqləndiyini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu