"Card to card" məhdudiyyətlərindən sonra Azərbaycanda kartların sayı artıb



Azərbaycanda ödəniş kartlarının sayı sentyabrın sonuna 23 milyon 388 min ədədə çatıb.

AFN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına əsasən, bu göstərici avqust ayı ilə müqayisədə 414 min ədəd və ya 1,8 faiz çoxdur. Statistik göstəricilər "Card to card" köçürmələrinə məhdudiyyətlər tətbiq edildikdən sonra bank kartlarının sayının artım tempinin iki dəfə sürətləndiyini göstərir.

Ekspertlər qeyd edirlər ki, gün ərzində 5-dən artıq ödəniş qəbul edilməsinə qoyulan qadağa və məhdudiyyətlər fonunda vətəndaşlar alternativ olaraq bir neçə kart əldə etməyə başlayıblar. Eyni bankdan yalnız bir manat hesablı debet kartı almağa icazə verildikdən sonra istehlakçılar digər banklara üz tutublar.

Ölkədə fəaliyyət göstərən 24 bankın xidmətlərindən istifadə etməklə müxtəlif kredit təşkilatlarından çoxsaylı kartların alınması prosesi davam edir. Analitiklər vurğulayırlar ki, inzibati qadağalar problemin köklü həllinə deyil, sadəcə kart dövriyyəsinin müxtəlif banklar arasında bölüşdürülməsinə səbəb olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu