Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqlədi
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı müraciəti təsdiqləyib.
AFN.az xəbər verir ki, Yəməndə husilərin hücumları davam edərkən, parlament Prezident Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanına hərbi dəstək vermək səlahiyyətinə dair məsələni müzakirə edib.
Parlament Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı müraciəti qəbul edib.
Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, prezident Milli Müdafiə Şurası ilə məsləhətləşmədən və parlament üzvlərinin üçdə ikisinin razılığını almadan müharibə elan edə və ya hərbi qüvvələrin göndərilməsi barədə qərar verə bilməz.
Əbdülfəttah əs-Sisinin sədrlik etdiyi şura ötən həftə Səudiyyə Ərəbistanına dəstək göstərilməsini təsdiqləmişdi. Sisi Səudiyyə Ərəbistanına veriləcək hərbi dəstəyin yalnız müdafiə məqsədi daşıyacağını bildirmişdi.

