XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanına başsağlığı verib.

Bu barədə nazirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı edilən son hücumlarda həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısının tezliklə və tam sağalmasını arzulayırıq. Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, oktyabrın 10-da husilərin Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına endirdiyi zərbə nəticəsində 12 nəfər həyatını itirib, 309 nəfər isə yaralanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu