Azərbaycan XİN İraqa başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.



AFN.az xəbər verir ki, bununla bağlı XİN-in "X" hesabında paylaşım edilib.



"İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq", - deyə paylaşımda qeyd edilib.



İraqın Kut şəhərindəki ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər ölüb, üçgünlük matəm elan edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu