ABŞ-da 5 nəhəng texnologiya şirkəti məhkəməyə verildi



ABŞ-da beş böyük texnologiya şirkətinə hazırladıqları süni intellekt əsaslı texnologiyaların bəşəriyyət üçün ciddi risklər yaratdığı və kifayət qədər nəzarətdə saxlanıla bilmədiyi iddiası ilə məhkəmə iddiası qaldırılıb. 

AFN.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumatlara görə, Alliance for Secure AI təşkilatının rəhbərlik etdiyi qeyri-hökumət təşkilatları Anthropic, Google, Meta, OpenAI və SpaceX Super Intelligence şirkətlərinə qarşı iddia qaldırıblar.

İddiaçılar sözügedən şirkətlərin hazırladığı süni intellekt sistemlərinin bəşəriyyət üçün ciddi təhlükələr yaratdığını və lazımi səviyyədə idarə edilə bilmədiyini əsas gətiriblər. Onlar şirkətlərin süni intellekt sistemlərinə nəzarət etmək mümkün olmadığını bilmələrinə baxmayaraq, daha güclü modellərin hazırlanmasını davam etdirdiklərini irəli sürüblər.

İddiaçılar şirkətlərdən bu istiqamətdəki işlərin dayandırılmasını tələb ediblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu