Tramp: Obamanı asanlıqla məğlub edərdim



ABŞ Prezidenti Donald Tramp ölkənin keçmiş prezidenti Barak Obama ilə seçkiyə qatılacağı təqdirdə onu asanlıqla məğlub edə biləcəyini bildirib və Obamanın həddindən artıq şişirdildiyini iddia edib. 

AFN.az xəbər verir ki, Tramp bu fikirləri idman şərhçisi Stiven Smitə verdiyi müsahibədə səsləndirib.

İki müddət prezident vəzifəsində çalışmış keçmiş dövlət başçılarının yenidən seçilmək imkanı olsaydı və Obama ilə üz-üzə gəlsəydi, nəticənin necə olacağı barədə suala Tramp onu asanlıqla məğlub edə biləcəyini düşündüyünü deyib.

Texas və Florida kimi ştatlarda topladığı səslərə diqqət çəkən Tramp Obamadan daha çox səs aldığını bildirib.

Obama haqqında danışan Tramp onun yaxşı prezident olmadığını və cəmiyyətdə parçalanmaya səbəb olduğunu iddia edib.

Özünü necə prezident hesab etdiyi barədə suala cavabında isə Tramp insanları bir araya gətirən şəxs olduğunu söyləyib.

Tramp, həmçinin Obamanın həddindən artıq şişirdildiyini müdafiə edib.

ABŞ Konstitusiyası bir şəxsin iki müddətdən artıq prezident seçilməsini qadağan edir. Bu səbəbdən Obama ilə Trampın hər hansı seçkidə bir-biri ilə rəqabət aparması mümkün deyil.

Barak Obama 2009-2017-ci illərdə iki müddət prezident vəzifəsində çalışıb. 2017-2021-ci illərdə ilk prezidentlik müddətini keçirən Tramp isə 2025-ci ilin yanvarından etibarən yenidən prezident vəzifəsini icra edir və ikinci müddətini 2029-cu ildə başa vuracaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu