Tramp: Atəşkəs yoxdur, qarşımızda möhtəşəm iki gün var
ABC News müxbiri Conatan Karl Prezident Donald Trampın İranla əldə olunmuş atəşkəsin müddətinin uzadılmasını nəzərdən keçirmədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Karlın sözlərinə görə, ABŞ Prezidenti verdiyi müsahibədə münaqişənin həllinin yaxın olduğunu bildirərək, qarşıda hər kəsin izləyəcəyi çox mühüm iki günün olduğunu qeyd edib.
Müharibənin hər iki şəkildə nəticələnə biləcəyini vurğulayan Tramp diplomatik irəliləyişin daha üstün olduğunu, çünki bu halda İranın yenidən qurulma imkanı qazanacağını ifadə edib. Hazırda İranda fərqli bir rejimin olduğunu iddia edən Tramp hansı nəticənin olmasından asılı olmayaraq, artıq radikalları təmizlədiklərini və onların artıq bir təhlükə olmadığını bəyan edib.
Karlın ötürdüyü məlumata görə, Tramp həmçinin bu prosesin onun liderliyi sayəsində bu nöqtəyə gəldiyini və o olmasaydı, dünyanın parça-parça olacağını iddia edərək öz missiyasının əhəmiyyətini ön plana çıxarıb.
