Tramp: İrana hücumlar diplomatik həlli asanlaşdırır



ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hücumların effektiv olduğunu və bunun diplomatik həll prosesini asanlaşdıracağını iddia edib.

AFN.az xəbər verir ki, Tramp "CBS News" telekanalına telefonla verdiyi müsahibədə ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarını qiymətləndirib. İran lideri Ayətullah Əli Xameneyinin öldürüldüyü əməliyyatdan sonra diplomatik həll ehtimalı barədə sualı cavablandıran Tramp bildirib ki, hazırda bu, bir gün əvvəlkindən daha asandır, çünki qarşı tərəf ağır zərbə alır.

Hücumların nəticələrinə güvəndiyini vurğulayan Tramp, bu hadisəni həm ABŞ, həm də dünya üçün möhtəşəm bir gün kimi xarakterizə edib. Bundan əlavə, Tramp İranda Xameneyinin ölümündən sonra hakimiyyəti üzərinə götürə biləcek yaxşı namizədlərin olduğunu iddia etsə də, bu barədə ətraflı məlumat verməyib.

O, İranın indiyə qədərki cavab hücumlarının gözlədiklərindən daha məhdud olduğunu qeyd edərək, bu reaksiyanın gözləniləndən iki qat az olduğunu deyib. İran məsələsində Konqreslə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı suala isə Tramp hər zaman onlarla işləmək istədiyini cavabını verib. ABŞ prezidenti İrandakı hərbi əməliyyatları müharibə hesab edib-etmədiyi barədə suala isə birbaşa cavab verməkdən yayınıb və əsas prioritetinin ABŞ-a yönəlmiş təhdidləri aradan qaldırmaq olduğunu bildirib.

Qeyd edək ki, İran dövlət televiziyası ölkə lideri Xameneyinin ABŞ və İsrailin bir gün əvvəl təşkil etdiyi hücumda həyatını itirdiyini təsdiqləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu