“Borussiya Dortmund” qələbə qazanaraq Bundesliqada liderliyə yüksəlib
Almaniya Bundesliqasının 7-ci turunda “Borussiya Dortmund” doğma meydanda “Ayntraxt Frankfurt”u 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin zirvəsinə yüksəlib.
AFN.az xəbər verir ki, bu qələbə Dortmund təmsilçisinə iki oyunluq fasilədən sonra yenidən üç xal qazandırıb.
Almaniya Bundesliqasının 7-ci turunda “Borussiya Dortmund” “Ayntraxt Frankfurt”la qarşılaşıb.
“Signal İduna Park” stadionunda keçirilən matçda meydan sahiblərinə qələbə qazandıran yeganə qolu 80-ci dəqiqədə Maksimilian Bayer vurub.
“Ayntraxt Frankfurt”un heyətində çıxış edən Can Uzun qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 77-ci dəqiqədə Yunus Ebnutalibin əvəzinə meydana daxil olub.
Bir oyun artıq keçirməklə Bundesliqada liderliyə yüksələn “Borussiya Dortmund” xallarının sayını 17-yə çatdırıb. Komanda ən yaxın izləyicisi “Bayern Münhen”i 3 xal qabaqlayır.
“Ayntraxt Frankfurt” isə 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qalıb.


