Kim Çen In Çinə səfər edib
Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib və Dandun şəhərində olub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Kim Çen In Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun Daimi Komitəsinin üzvü, Ümumçin Xalq Siyasi Məsləhət Şurasının sədri Van Huninlə görüşüb. Van Hunin Çinin ali məsləhətçi orqanına rəhbərlik edir.


