Kim Çen İn: Yeni gizli silahlar əldə etmişik
Şimali Koreya lideri Kim Çen İn ölkəsinin hərbi qabiliyyətlərini gücləndirmək məqsədilə yeni gizli silahlar əldə etdiklərini açıqlayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Şimali Koreya Ali Xalq Məclisində çıxış edib.
Nüvə silahlarının ölkəsinin mövcudluğu üçün vazkeçilməz bir seçim olduğunu bildirən Kim nüvəsizləşmənin mümkün olmadığını irəli sürüb.
Kim “Yeni gizli silahlar əldə etdik və müdafiə elmi sahəsində hərbi qabiliyyətlərimizi böyük dərəcədə gücləndirəcək nailiyyətlər qazandıq” deyib.
Dünyanın bir ölkənin nüvəsizləşmə prosesindən sonra ABŞ tərəfindən necə rəftar gördüyünün fərqində olduqlarını qeyd edən Kim “Nüvə silahlarımızdan heç vaxt imtina etməyəcəyik” ifadəsini işlədib.
Kim həmçinin vurğulayıb ki, əgər ABŞ Şimali Koreyanın nüvəsizləşdirilməsi tələbindən əl çəkərsə ölkəsi ABŞ rəhbərliyi ilə dialoqa açıq ola bilər.


