Nəvəsinin andiçməsindən sonra itkin düşən kişinin meyiti tapıldı



Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb.

Onun cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndi ərazisindəki boş torpaq sahəsində aşkarlanıb.

İlkin müayinə zamanı mərhumun üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu