Roma Kiyevə yeni hərbi yardım paketi hazırlayır


İtaliya Ukraynaya 13-cü hərbi yardım paketi çərçivəsində "Samp-T" hava hücumundan müdafiə kompleksi üçün 10 ədəd "Aster" raketi göndərəcək.

AFN.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, yeni yardım paketində İtaliya arsenalının tükənməsi səbəbindən Ukrayna üçün yeni silahların alınmasına yönəldiləcək maliyyə yardımı da nəzərdə tutulub.

Bu məsələ parlamentin təhlükəsizlik komitəsi olan Copasir-in iclasında müdafiə naziri Quido Krozetto ilə hakim koalisiyaya daxil olan “Liqa” partiyasının nümayəndəsi Klaudio Borqi arasında fikir ayrılığına səbəb olub. İclasda nazir Ukraynaya göndərilməsi nəzərdə tutulan silahların siyahısını təqdim etsə də, həmin siyahının ictimaiyyətə açıqlanmayacağı bildirilib.

Borqi maliyyə yardımına dair müddəanın dövlət büdcəsinə daxil edilməzdən əvvəl parlament tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu