ABŞ-dan Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb.



Ukraynaya 61 milyard dollarlıq müdafiə yardımı da daxil olmaqla paketi yeni ildən əvvəl Konqresdən keçirə bilməyən ABŞ rəhbərliyi Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqlayıb.

Pentaqondan verilən açıqlamada, 250 milyon dollarlıq hərbi yardım paketinə yer-hava raket sistemləri, Stinger raketləri, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukrayna ordusunun ehtiyac duyduğu digər silahların olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu