"Barcelona" Rafinyanın müqaviləsini 2030-cu ilədək uzadıb
“Barselona” mövsümə uğurlu start verən braziliyalı kapitanı Rafinyanın müqaviləsinin müddətini 2030-cu ilədək uzadıb.
AFN.az xəbər verir ki, Kataloniya klubu braziliyalı ulduz futbolçu Rafinyanın gələcəyi ilə bağlı qərarını verib. 2022-ci ildə “Lids Yunayted”dən 58 milyon avroya transfer edilən 29 yaşlı futbolçunun 2028-ci ildə başa çatacaq müqaviləsi daha iki il uzadılıb və tərəflər 2030-cu ilədək qüvvədə olacaq yeni müqavilə imzalayıblar.
Mövsümə uğurlu start verən “Barselona”nın kapitanı İspaniya La Liqasında keçirdiyi 10 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasında isə 3 oyunda 4 qola imza atıb. Ulduz futbolçu Braziliya millisində olarkən aldığı zədə səbəbindən “Xetafe” və “Qalatasaray”la matçlarda meydana çıxa bilməyib.
“Barselona” karyerası ərzində 190 rəsmi matçda meydana çıxan Rafinya Kataloniya klubunda ümumilikdə 94 qol vurub və 62 məhsuldar ötürmə edib.




