İlkay Gündoğan "Barselona"ya rəsmi imza atdı
Türkiyə əsilli alman futbolçu İlkay Gündoğanın "Mançester Siti"dən ayrılaraq "Barselona"ya keçdiyi açıqlanmışdı. Təcrübəli futbolçu bu gün keçirilən mərasimdə onu Kataloniya komandası ilə bağlayan müqaviləyə imza atıb.
İspaniyanın La Liqa komandalarından olan "Barselona" "Mançester Siti" ilə müqaviləsi başa çatan İlkay Gündoğanı heyətinə qatdıqlarını açıqlayıb.
Yeni mövsümün başlaması ilə 30 yaşlı futbolçu İlkay Gündoğan bir neçə həftə əvvəl razılaşdığı "Barselona"ya imza atıb.
Türk əsilli alman futbolçu ötən mövsüm oynadığı bütün zolaqlarda göstərdiyi performansla diqqət çəkib. Mövsümün sonunda "Mançester Siti" ilə bir daha müqavilə imzalamayan Gündoğan "Barselona" ilə anlaşaraq tətilə yollanıb. 32 yaşlı ulduz futbolçu üçün imza mərasimi keçirilib.
Barselona prezidenti Joan Laportanın da qatıldığı mərasimdə İlkay bu gün İspaniya klubu ilə rəsmi müqavilə imzalayıb.
Mənbə: İHA