Bolsonaru Braziliyadan qaçdıqdan sonra ailəsi ilə Mayamiyə gedib - media


Braziliyada prezident seçkilərində məğlub olan Flavio Bolsonaru ölkəni tərk etdikdən sonra ailəsi ilə birlikdə Mayamiyə gəlib.

AFN.az xəbər verir ki, "O Globo" qəzeti bu barədə mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Flavio Bolsonarunu Mayamidə qardaşı Eduardu Bolsonaru qarşılayıb. Onun ABŞ hakimiyyət orqanları ilə birlikdə ölkədən qaçışı təşkil etdiyi ehtimal olunur.

Qəzet yazır ki, Flavio Bolsonaru Braziliyadan ayrılmazdan əvvəl onunla sonuncu əlaqə saxlayan şəxs seçki kampaniyasının keçmiş koordinatoru Rojerio Marinyo olub. Bolsonaru ona “başını dincəltmək” istədiyini yazıb və çərşənbə axşamı yerli vaxtla saat 08:00 radələrində əlaqəni kəsib.

Daha əvvəl "CNN Brasil" telekanalı mənbələrinə istinadən Flavio Bolsonarunun məhkəmə orqanlarının ölkədən çıxış qadağasına baxmayaraq Braziliyanı tərk etdiyini bildirmişdi. Telekanalın məlumatına görə, Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun oğlu ailəsi ilə birlikdə ABŞ-a yollanıb.

"Associated Press" agentliyi isə sonradan ABŞ administrasiyasının Flavio Bolsonaruya və ailəsinə viza verdiyini açıqlayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu