Braziliyada prezident seçkisinin ikinci turu: Bolsonaro qələbəsinə əmindir


Braziliyada prezidentliyə namizəd Flavio Bolsonaro seçkilərin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib.

AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sağçı Liberal Partiyanın senatoru olan Bolsonaro sol qüvvələrin ölkədəki uzunmüddətli hakimiyyətinin başa çatdığını və Braziliyada dəyişikliklərin başlayacağını deyib.

“Bu, Fəhlə Partiyası dövrünün sonu və ölkəmizdə dəyişikliklərin başlanğıcıdır”, - deyə o bildirib.

Flavio Bolsonaro seçki kampaniyasını “təmiz” aparacağını vəd edib. O, həmçinin prezident vəzifəsinə yenidən seçilmə institutunun ləğv edilməsini öhdəsinə götürən yeganə namizəd olduğunu vurğulayıb.

Oktyabrın 4-də keçirilən ilk turda Bolsonaro 47 faiz səslə birinci olub. Hazırkı prezident Luiz İnasio Lula da Silva isə 45 faiz səs toplayıb. Seçkilərin ikinci turu oktyabrın 25-də keçiriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu