29 yaşlı gənc boğazından bıçaqlandı: şübhəli atasıdır


Tovuz rayonunda ailə münaqişəsi oğlun bıçaqlanması ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib.

1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə onun atası Aydın Məmmədov şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində ataşdırma başlanılıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu