ABŞ-da texniki nasazlıqlardan sonra Ağ Evinin kibertəhlükəsizlik rəhbərliyi dəyişdi



ABŞ-da son günlər texnologiya şirkətləri və federal qurumlarda baş verən texniki fasilələrdən sonra Ağ Evin Milli Kibertəhlükəsizlik direktoru vəzifəsindən ayrılan Şon Kernkrossun yerinə Pentaqonda çalışan Kirsten Devis müvəqqəti təyin edilib. 

AFN.az xəbər verir ki, bu dəyişiklik ölkədə bir sıra böyük texnologiya şirkətləri və dövlət qurumlarının sistemlərində yaşanan nasazlıqlar fonunda baş verib.

Son dövrlərdə ABŞ-da Apple və Microsoft kimi iri texnologiya şirkətlərinin xidmətlərində yaranan fasilələrlə yanaşı, Federal Aviasiya Administrasiyasında (FAA) və ABŞ Milli Təhlükəsizlik Agentliyində (NSA) da texniki problemlər gündəmə gəlib.

Bu nasazlıqlardan sonra Ağ Evin Milli Kibertəhlükəsizlik direktoru Şon Kernkross vəzifəsini tərk edib.

ABŞ dövlət katibi Marko Rubio ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada Kirsten Devisi yeni Milli Kibertəhlükəsizlik direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Rubio ABŞ-ın kibertəhlükəsizliyini gücləndirmək üçün onunla birgə çalışmağı səbirsizliklə gözlədiyini bildirib.

Hazırda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) kibertəhlükəsizlik qrupunda çalışan Devisin bu vəzifəni daimi əsaslarla tutması üçün Senatın təsdiqini alması tələb olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu