Ağzımı heç kim bağlaya bilməz! - Elgiz əsəbləşdi
Aparıcı Elgiz Əkbər yeni verilişini tənqid edən həmkarlarının ünvanına sərt sözlər deyib.
AFN.az “Müsavat”a istinadən xəbər verir ki, o bu barədə verilişində danışıb.
“Öz verilişinizə baxın. Yenə pəncərədən qaçanlar, kol-kosda gəzənlər, qapıdan qovulanlar, ərinə xəyanət edənlər həmin proqramdadır. Orada başqa nə müzakirə edirsiniz ki? Sosial mövzular? Məsələn, bir həkimin sizin verilişinizdə çıxış etməsinin aylıq qiyməti 16 min manatdır. Bunu hamı bilir.
Sən televiziya loqosunu əlinə alıb baş verən hadisədən istifadə edərək keçmiş həmkarın haqqında paylaşım edirsən, insanları mənim üstümə qaldırırsan. Məgər mənim dilim yoxdur?! Mən də danışa bilərəm. Özü də bilirsən, necə danışaram? Mənim ağzımı heç kim bağlaya bilməz”.
E.Əkbər qeyd edib ki, həmin həmkarı artıq meydanda tək qalmağa nail olub:
“Xahiş edirəm, mənimlə işiniz olmasın. İndi üç-dörd sponsor gəlib, gözünüzü onlara dikmisiniz ki, onları da buradan aparasınız. Aparın, problem deyil. Onsuz da ömür boyu sponsorlara zəng edib onları öz verilişinizə dəvət etmisiniz. Deyirsiniz ki, gəlin, bizdə şərait daha yaxşıdır. Əlinizdə hər şey var, qazanırsınız, maşallah, milyonlar əldə edirsiniz. Qazanın da! Başqaları ilə nə işiniz var? Bütün bunları bilə-bilə edirsiniz, qəsdən belə bir ab-hava yaradırsınız. Sabah efirdə tamaşaçılarla sağollaşıb yeni formatdan çıxacağam. Gedib öz yerimdə oturacağam, əlimdə telefon, proqramı açıb öz işimlə məşğul olacağam”.
İddia olunur ki, Elgiz bu sözləri Lalə Azərtaşa ünvanlayıb.




