ABŞ ordusuna məxsus F-35 qırıcısı Yaponiyada təcili eniş etdi
ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsi Yaponiyanın qərbində yerləşən Koçi hava limanına təcili eniş edib.
AFN.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Koçi prefekturasının administrasiyasından verilən açıqlamada ABŞ ordusuna məxsus F-35 qırıcı təyyarəsinin Koçi hava limanına təcili eniş etdiyi bildirilib.
Təcili enişin səbəbi ilə bağlı ətraflı məlumat verilməyib, hadisə nəticəsində xəsarət alan olmadığı qeyd olunub.
ABŞ ordusuna məxsus digər bir F-35 qırıcı təyyarəsi 2025-ci ilin martında ölkənin qərbindəki İvakuni hava limanına təcili eniş etmiş və təmir-baxım prosesi zamanı 40 gündən çox müddətdə burada qalmışdı.

