İki F-35A qırıcısı Yaponiyada təcili eniş edib

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus iki F-35A qırıcı təyyarəsi Honsyu adasındakı Aomori prefekturasının hava limanına məcburi eniş edib.
Bu barədə NHK telekanalı iyunun 3-də məlumat yayıb.
Misava aviabazasına təyin edilmiş təyyarə yerli vaxtla 8:46 və 8:56-da yerə enib. Təyyarədə hər birində bir pilot olub və onlar xəsarət almayıblar.
Hadisə ilə əlaqədar aeroport rəhbərliyi bir müddət uçuş-enmə zolağını bağlamalı olub.
Məcburi enişin səbəbi müəyyənləşdirilir.
Kyodo agentliyinin məlumatına görə, məcburi enişə səbəb təyyarə elektronikasında problemlə bağlı ola bilər.