İstanbul Hava Limanında yük təyyarəsi gövdəsi üzərində yerə endi


İstanbul Hava Limanında "FEDEX" şirkətinə məxsus yük təyyarəsinin ön eniş şassisi açılmayıb və təyyarə öz gövdəsi üzərində yerə enib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.



Paris-İstanbul reysini həyata keçirən Fedex Hava Yollarına məxsus Boeing 763 tipli yük təyyarəsinin eniş qurğusunda nasazlıq yarandığı zaman İstanbul Hava Limanının idarəetmə qülləsi ilə əlaqə saxlayıb və gövdəyə eniş üçün icazə istəyib.

Bunun üzərinə hava limanına eniş üçün lazımi tədbirlər görülüb və Aeroport Xilasetmə və Yanğından Mühafizə Xidməti qrupları uçuş-enmə zolağına göndərilib.

Təyyarə heç bir problem olmadan gövdəsi üzərində enərkən, kabin heyəti xəsarət almadan təyyarəni tərk edib.

Təyyarənin endiyi İstanbul Hava Limanında 16R uçuş-enmə zolağı da uçuşlara bağlanıb.

Təyyarənin uçuş-enmə zolağından çıxarılması istiqamətində işlər davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu