Brilliant Dadaşova evində işləyənlərə pis münasibət göstərən sənət adamlarını qınadı


Xalq artisti Brilliant Dadaşova evlərində çalışan köməkçilərlə pis rəftar edən sənət adamlarından danışıb.

Sənətçi belə insanları bədbəxt adlandırıb. O, uzun illər evlərində çalışan köməkçisindən söz açaraq, ona ailə üzvü kimi münasibət göstərdiklərini bildirib: “Evimdə köməkçim illərlə işləyib. Bir xanım evimdə 18 il çalışıb. Əgər rəhmətə getməsəydi, hələ də bizimlə olardı. Son illərdə yaşlandığı üçün biz ona qulluq edirdik. Bəzən görürəm ki, insanlar evlərində çalışan şəxslərlə elə rəftar edirlər ki, dəhşətə gəlirəm. Allah bu adamlara insani keyfiyyətlər verməyib. Evində çalışan bir insanla belə rəftar edən özü bədbəxtdir”.

Brilliant Dadaşova hər zaman zəiflərin, xüsusilə də qadınların müdafiəsinə qalxdığını vurğulayıb: “Mən həmişə gücsüz insanların yanında olmuşam. İstər işçi olsun, istərsə də yaşlı insan - fərq etməz. Gücü zəif olanları həmişə müdafiə etmişəm və edəcəyəm də”.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu