Tramp Oval kabineti milli abidə elan edib
ABŞ Prezidenti Donald Tramp Ağ Ev kompleksində yerləşən Oval kabineti milli abidə kimi tanıyan bəyannamə imzalayıb. Bu addım gələcəkdə kabinetdə ediləcək dəyişikliklərin Konqresin təsdiqinə təqdim olunmasına yol aça bilər.
AFN.az xəbər verir ki, Prezident Tramp Ağ Evdəki Oval kabineti və Nazirlər Kabinetinin iclas otağını milli abidə elan edən bəyannamə imzalayıb.
Tramp açıqlamasında bu kabinetdə inanılmaz qələbələr qazandıqlarını bildirib. O, məhz buna görə həmin məkanı milli abidə elan etdiklərini və beləliklə, ağılsız insanların ona toxunmasının, onu dağıtmasının və məhv etməsinin qarşısının alınacağını deyib.
Bəyannamə Konqres tərəfindən də təsdiqlənərsə, gələcəkdə Oval kabinetdə və Nazirlər Kabinetinin iclas otağında dəyişiklik etmək istəyən ABŞ prezidentlərinin Konqresin razılığını alması tələb olunacaq.
