Trampdan Çinə vergilərin azaldılması siqnalı


ABŞ-da yüksək vergi qərarlarından sonra geri addım siqnalları davam edir.



ABŞ və Çin arasında tariflərlə bağlı müzakirələr davam edərkən, ABŞ prezidenti Tramp vergilərin azaldılmasına işarə edib. Tramp Çinə tətbiq edilən rüsumun 145 faiz səviyyəsində qalmayacağını, lakin sıfır da olmayacağını bildirib.

Öncə texnologiya məhsulları yüksək gömrük rüsumlarından azad edildi. Daha sonra “vergilər davamlı deyil” bəyanatı gəldi.

Tramp Çinə tətbiq edilən rüsumların 145 faiz səviyyəsində qalmayacağını bildirib və vergilərin azaldılmasına işarə edib.

Oval kabinetdə çıxış edən Tramp Çinə qarşı sərt oynamayacağına dair mesaj da verib.

O, Çinin sonda ABŞ ilə gömrük razılaşması bağlamalı olacağını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu