ABŞ İranın neft gəlirlərinin sıfıra enəcəyini gözləyir


ABŞ dövlət katibi Marko Rubio İranın yaxın vaxtlarda neft ixrac etmək imkanını tamamilə itirəcəyini və bu sahədən gəlir əldə edə bilməyəcəyini bildirib.

AFN.az xəbər verir ki, Rubio bu barədə Parisdə G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, ABŞ-la əldə olunmuş anlaşma memorandumu qüvvədə olduğu müddətdə İran müəyyən həcmdə neft ixrac edə bilib. Lakin hazırda tankerlərdə qalan ehtiyatlar demək olar ki, tükənib. Rubio Vaşinqtonun tətbiq etdiyi digər tədbirlərin də İran iqtisadiyyatına ciddi təsir göstərdiyini vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Hörmüz boğazından qonşu ölkələrin neft daşımaları əvvəlki səviyyəyə yaxınlaşsa da, İran neftinin ixracı dayanıb. Onun iddiasına görə, bu vəziyyət yaxın vaxtlarda Çinin də İran neftini almaq imkanını aradan qaldıracaq.

Rubio Tehrana hərbi eskalasiya ilə bağlı xəbərdarlıq edərək, genişmiqyaslı hərbi əməliyyatlara ilk başlayacağı təqdirdə İranın ağır nəticələrlə üzləşəcəyini bildirib.

O, Fars körfəzi ölkələrinin iqtisadi itkilərə görə ABŞ-dan hərbi əməliyyatları bərpa etməməyi xahiş etməsi barədə iddiaları da təkzib edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu