İranın yeni raketi düşmən radarlarının siqnallarına yönəlir


İran mütəxəssisləri düşmənin radiolokasiya sistemlərini aşkarlayaraq məhv etmək üçün nəzərdə tutulan “Hörmüz” raketini hazırlayıblar.

AFN.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Bələli “Fars” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, raket radiolokasiya sistemlərinə qarşı istifadə üçün hazırlanıb və radar şüalanma mənbələrinə yönəlmə qabiliyyətinə malikdir.

Bələli qeyd edib ki, İran mütəxəssislərinin əsas nailiyyətlərindən biri düşmən radarlarının yaydığı siqnallardan istifadə edərək radiolokasiya avadanlıqlarını aşkarlayan və hədəfə alan raketlərin hazırlanmasıdır. O, bunu İranın raket sənayesinin mövcud texnologiyaların təkrarlanması mərhələsini geridə qoyaraq döyüş meydanının tələblərinə uyğun yeni silahlar yaratmaq imkanına yiyələnməsinin göstəricisi kimi qiymətləndirib.

“Hörmüz” raket ailəsi “Fateh” raketləri əsasında hazırlanıb və 2010-cu illərdə təqdim olunub. “Hörmüz-1” passiv, “Hörmüz-2” isə aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu