İran Hörmüz boğazında 2 ABŞ gəmisi, 8 tanker və 10 digər gəmini hədəfə aldığını açıqlayıb
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın 5 İran tankerini hədəfə almasına cavab olaraq Hörmüz boğazında 2 ABŞ gəmisi, 8 tanker və 10 digər gəminin hədəfə alındığını bildirib.
AFN.az xəbər verir ki, İran tərəfi sözügedən hücumların ABŞ-ın İran tankerilərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq reallaşdırıldığını açıqlayıb.
Mehr xəbər agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Birliyinin yaydığı açıqlamada ABŞ ordusunun Fars körfəzində 5 İran tankerinə qarşı hücumlarına cavab verildiyi bildirilib.
Açıqlamada bölgədə ABŞ-a məxsus 2 gəmi ilə 8 tankerin hədəfə alındığı və sözügedən obyektlərə ciddi ziyan dəydiyi qeyd olunub. Həmçinin ABŞ ordusunun təşviqi və dəstəyi ilə Hörmüz boğazındakı qadağan olunmuş ərazidən keçməyə çalışan 10 gəminin də hədəfə alındığı bildirilib.
Açıqlamada Hörmüz boğazına nəzarət və müşahidənin İnqilab Keşikçiləri Korpusunun donanmasının əlində olduğu vurğulanıb.


