Hörmüz boğazında üç gəmiyə atəş açıldı



Hörmüz boğazında üç konteyner gəmisi silahlı hücuma məruz qalıb. İlkin məlumatlara görə, heyət üzvləri təhlükəsizlikdədir.

AFN.az xəbər verir ki, bu gün boğaz sularında ən azı üç konteyner gəmisi silahlı hücuma uğrayıb. Dəniz təhlükəsizliyi mənbələri və Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) hadisələrdə can itkisinin olmadığını açıqlayıb.

Liberiya bayraqlı bir gəminin körpüüstü hissəsinin Omanın şimal-şərqində açılan atəş və raketatan hücumu ilə zərər gördüyü bildirilib. Gəmi kapitanı hücumdan əvvəl İran İnqilab Keşikçilərinə (SEPAH) məxsus bir qayığın onlara yaxınlaşdığını xəbər verib.

UKMTO ikinci bir gəminin İranın təxminən 8 dəniz mili qərbində atəşə tutulduğunu, lakin ciddi zədə almadığını duyurub. Üçüncü gəminin də bənzər şəkildə hədəf alındığı və qısa müddətlik dayandığı, heyətin isə tam heyətlə təhlükəsizlikdə olduğu qeyd edilib.

Bölgədə gərginlik İranın Hörmüz boğazından keçən gəmilərə məhdudiyyətlər gətirməsi və ABŞ-İran arasında tırmanan hərbi-siyasi böhranla birlikdə kritik həddə çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu