ABŞ: SEPAH Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib.
AFN.az xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının məlumatında bildirilir. Beşinci Donanmanın Twitter-dəki bəyanatında qeyd edilir ki, mayın 3-də yerli vaxtla təxminən səhər saat 6.20-də Panama bayrağı altında üzən "Niovi" neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Korpusunun donanması tərəfindən qaçırılıb.
Bildirilir ki, tanker Dubay limanını tərk edərək BƏƏ-nin Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edərkən İİKK-nın onlarla gəmisi tərəfindən mühasirəyə alınıb və İranın ərazi suları istiqamətində kursunu dəyişməyə məcbur olub. Gəmi axırıncı dəfə Bəndər Abbas limanı yaxınlığında görünüb.