Tramp Fransadakı iğtişaşların səbəbini miqrasiya ilə əlaqələndirib
ABŞ prezidenti Donald Tramp Fransada baş verən iğtişaşların səbəbini ölkəyə miqrantların qəbul edilməsi ilə əlaqələndirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu fikirləri Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.
“Bilirsiniz, səbəb nədir? Miqrasiya. Ölkəyə fransızlara, onların tikililərinə, incəsənətinə və Fransadakı hər şeyə nifrət edən insanları buraxıblar”, – deyə ABŞ prezidenti bildirib.
Trampın sözlərinə görə, hazırda Eyfel qülləsinə qalxaraq ətrafda hər şeyin yandığını müşahidə etmək mümkündür. O, ABŞ-da sərhədlərin bağlı saxlanılmasının tərəfdarı olduğunu deyərək belə bir vəziyyətin ölkəsində yaranmasına imkan verməyəcəyini vəd edib.
