Tramp: Avropada vəziyyət çox ciddidir
ABŞ Prezidenti Donald Tramp Avropada ciddi problemlərin yaşandığını və qitənin “diri-diri yeyildiyini” bildirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 1-də Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Avropada baş verənlərə baxın. Onları sadəcə diri-diri yeyirlər”, - deyə Tramp bildirib.
“Agence France-Presse”in Avropa İttifaqının statistikasına əsaslanan məlumatına görə, oktyabrın 1-də Aİ-də dizel yanacağının qiyməti rekord həddə çatıb və orta qiymət litr üçün 2,24 avro təşkil edib.
