Yeni Zelandiyada parlament buraxıldı – seçki kampaniyası rəsmən başladı



Yeni Zelandiyada 7 noyabrda keçiriləcək ümumi seçkilər ərəfəsində rəsmi seçki kampaniyası prosesinin başlanması üçün parlament buraxılıb.

AFN.az xəbər verir ki, Yeni Zelandiya Parlamentindən verilən açıqlamada 1 oktyabr 2026-cı il səhər saatlarında ölkənin 54-cü Parlamentinin rəsmi olaraq buraxıldığı bildirilib.

Bununla da ölkədə 7 noyabrda keçiriləcək ümumi seçkilər üçün rəsmi seçki kampaniyası prosesi də başlayıb.

Ölkədə hakim Milli Partiya və müxalifətdəki İşçi Partiyası başda olmaqla bir çox siyasi partiya seçki kampaniyası aparacaq.

Qarışıq üzvlü proporsional təmsilçilik adlanan seçki sistemindən istifadə edən Yeni Zelandiyada hökumət adətən 2 və ya 3 partiyanın koalisiyası ilə qurulur.

Yeni Zelandiyada 18 yaşdan yuxarı vətəndaşlar və həyatlarının müəyyən dövründə fasiləsiz 12 ay ərzində ölkədə qalan şəxslər seçkilərdə səs verə bilirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu