Misirlə Efiopiya arasında gərginlik



Misir Efiopiya səfirliyinin Qahirədəki diplomatlarından birini “persona non grata” elan edib və ölkəni tərk etməsi üçün ona 48 saat vaxt verib.

AFN.az xəbər verir ki, bu barədə Misirin dövlət televiziyası “Al Qahera News” məlumat yayıb.

Qərarın Efiopiyanın Əddis-Əbəbədəki Misir səfirliyinin əməkdaşlarından birini “persona non grata” elan etməsinə cavab olaraq qəbul edildiyi bildirilir. Qahirə Əddis-Əbəbənin bu addımını əsassız və təəssüf doğuran qərar kimi qiymətləndirib və Efiopiyaya qarşı qarşılıqlı tədbir görəcəyini açıqlayıb.

Efiopiya oktyabrın 1-də Misir səfirliyinə nota göndərərək diplomat Əhməd Moharam Əhməd Süleymanın ölkədən çıxarılmasını tələb edib. Əddis-Əbəbə qərarın Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən qəbul edildiyini bildirib, lakin səbəb açıqlanmayıb.

Efiopiya həmin gün Eritreyadakı səfirliyini bağlamaq və 10 Eritreya diplomatını ölkədən çıxarmaq qərarı da verib. Əddis-Əbəbə Eritreyanı ölkənin şimalındakı silahlı müxalifəti dəstəkləməkdə ittiham edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu