ABŞ Avropa layihələri üçün ayrılan vəsaiti Latın Amerikasına yönəldəcək


ABŞ administrasiyası Avropa və Yaxın Şərqdəki layihələr üçün nəzərdə tutulan 52 milyon dollar vəsaiti Latın Amerikası ölkələrinə yönəldəcək.

AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Dövlət Departamenti sentyabr ayında vəsaitlərin istiqamətinin dəyişdirilməsi ilə bağlı Konqresi məlumatlandırıb. Lakin senator Cin Şahin və Nümayəndələr Palatasının üzvü Qreqori Miks prosesin qarşısını alıblar.

Buna baxmayaraq, ABŞ administrasiyası bu həftə Konqresə vəsaitlərin Panama, Peru, Ekvador və Kolumbiyaya yönəldiləcəyini bildirib. Sözügedən 52 milyon dollar əvvəlcə Slovakiya, Şimali Makedoniya, Tunis və İraq üçün təsdiqlənmişdi.

ABŞ Dövlət Departamentindən “The Washington Post”a bildirilib ki, vəsaitlərin yenidən bölüşdürülməsi ölkənin milli maraqlarına zidd deyil. Qurumun sözlərinə görə, maliyyənin Qərb yarımkürəsinə yönəldilməsi narkoterrorizmlə mübarizəyə və Panama kanalının təhlükəsizliyinin təmin olunmasına kömək edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu